Beyləqan Rayon Məhkəməsində on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmədə təqsirləndirilən İqbal Səfərovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Xatın Cabbarlının sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.
İttihama görə, İqbal Səfərov nişanlısı, zərərçəkmiş M.M.-i (ad, soyadı şərti) razılığı və təklifi ilə ailə qurmaq məqsədilə 07 sentyabr 2024-cü il tarixdə axşam saatlarında yaşadığı Beyləqan rayonuna - atasına məxsus evə gətirib. Sonra o, 09 sentyabr 2024-cü il tarixdə saat 23 radələrində aralarında yaş fərqi iki ildən artıq olan on dörd yaşına çatmış, lakin on altı yaşına çatmayan zərərçəkmiş şəxs ilə cinsi əlaqə olub.
Hadisədən sonra İqbal Səfərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Qeyd: İş üzrə zərərçəkmiş M.M. hazırda hamilədir.
Kamal Məmmədov