“İnter”in UEFA Çempionlar Liqasının yarımfinal mərhələsində “Barselona” ilə keçirilən cavab oyunu üçün 75 min bilet satılıb.
Msport.az xəbər verir ki, bu, İtaliya klubunun tarixində rekord göstəricidir.
Əldə olunan gəlir təxminən 14 milyon avro təşkil edib. “Neradzurra” cari mövsüm ikinci dəfə 10 milyonluq qazanc həddinə çatıb. Klub daha əvvəl 1/4 final mərhələsində “Bavariya” ilə (2:2) görüşdə 10 milyon avro gəlir götürmüşdü.
Qeyd edək ki, “San Siro”da keçirilən cavab oyununda “İnter” “Barselona”ya 4:3 hesabı ilə qalib gələrək finala yüksəlib.