Şahbaz Şərif hədələdi: “Düşmənə imkan verməyəcəyik!”
“Məkrli düşmən Pakistanın 5 yaşayış məntəqəsinə qorxaqcasına hücumlar həyata keçirib.”
Demokrat.az APA-ya istinadən xəbər verir ki, bu sözləri Pakistanın Baş naziri Şahbaz Şərif deyib.
O həmçinin Pakistanın Hindistanın tətbiq etdiyi bu müharibə aktına güclə cavab vermək hüququnun olduğunu və indi qətiyyətli cavab verildiyini bildirib.