Bakı. Trend:
Mərkəzi Florida Universitetinin fəlsəfə doktoru və GünəşEnerjisi Araşdırmaları Mərkəzinin xüsusi layihələr üzrətədqiqatçısı Nazim Muradov dünyanın məşhur elmi analitikaplatforması olan ScholarGP-nin 2024-cü il üzrə “Yüksək ReytinqliAlimlər” siyahısında ilk sıralarda yer alıb. Onun məhsuldar elmifəaliyyəti və bu sahədə verdiyi töhfələr yüksək reytinqə səbəbolub.
Bu barədə Trend-ə Diasporla İş üzrə Dövlət Komitəsindən məlumatverilib.
Bildirilib ki, Nazim Muradov 1992-cı ildən hidrogen üzrəaraşdırmalar sahəsində aparıcı tədqiqat mərkəzlərindən biri olanGünəş Enerjisi Araşdırmaları Mərkəzinin (FSEC) xüsusi layihələrüzrə tədqiqatçısıdır. O, NASA-nın tədqiqat qrupunun üzvü kimi“Space Shuttle Endeavour” (“Kosmik Gəminin Hazırlanması”) missiyasızamanı uğurla sınaqdan keçirilən unikal hidrogen sensorununhazırlanmasında iştirak edib. Görkəmli alimin təmsil olunduğukomanda “R&D100” mükafatına layiq görülüb.
“Yüksək Reytinqli Alim” adı mənim üçün böyük şərəfdir,” – deyəMuradov söyləyib. O, bu mükafatı xüsusilə hidrogen enerjisi vətexnologiyası sahəsində illər boyu aparılan elmi işlərin yüksəkdəyərləndirilməsinin bir göstəricisi hesab etdiyini bildirib.
ScholarGPS elmi fəaliyyətin təhlili üçün ilk onlayn mənbədir. Buplatforma dünya üzrə bütün alimlərin, tədqiqat institutlarının,universitetlərin və akademik proqramların ilk tam kəmiyyətreytinqlərini yayımlayır. Bu unikal reytinqləri təqdim etməkləyanaşı, ScholarGPS 200-dən çox ölkədən 24.000-dən çox akademikqurum, 30 milyondan çox alim və 120.000 tədqiqat institutunun hərbiri üçün ətraflı profillər təqdim edir.
Qeyd edək ki, Nazim Muradov 2023-cü ildə “Tərəqqi” medalı ilətəltif olunub.
Azərbaycanlı alimin uğurları haqqında bu linkdən ətraflı şəkildəoxumaq mümkündür: https://blog.energyresearch.ucf.edu/2025/04/scholargps-names-fsec-ucf-researcher-muradov-as-highly-ranked-scholar/