AZ

Xalası oğlunu ad günü şənliyində bıçaqlayan şəxsə cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada təqsirləndirilən Babək Məmmədovun (ad, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Fərid Namazovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü ilə ona şərti cəza verilib.

 

İttihama görə, hadisə 06 dekabr 2024-cü il tarixdə, saat 23:50-də paytaxtın Xətai rayonunda qeydə alınıb.

 

Belə ki, Babək Məmmədov qohumunun yaşadığı ünvanda təşkil olunmuş ad günü şənliyində olarkən doğma xalası oğlu, zərərçəkmiş Vüsal Cabbarlı (ad, soyadı şərtidir) ilə mübahisə edib. Buna səbəb isə zərərçəkmişin mənzilin mətbəxində onun ünvanına nalayiq ifadələr deyib yumruqla vurmaq istəməsi olub. Bu zamanı Babək mətbəxdən götürdüyü bıçaqla xalası oğlunun sol əl nahiyəsindən bir dəfə vuraraq ona xəsarət yetirib.

 

Hadisədən sonra Babək Məmmədov saxlanılıb və barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilib. 

 

Kamal Məmmədov

 

 

 

Tarix: 7 May 2025, 10:08   
Seçilən
0
pravda.az

1Mənbələr