Almaniya hökumətinin tərkibində dəyişikliklər Moskva ilə Berlin arasında münasibətlərə güclü təsir göstərməyəcək.
Publika.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun sözlərini “RİA Novosti” sitat gətirib.
“Son illərdə Almaniya beynəlxalq məsələlərdə öz suverenliyini, nüfuzunu və rolunu o qədər itirib ki, Berlinin siyasi Olimpində simaların dəyişməsi əhəmiyyətli rol oynamır”, - diplomat qeyd edib.
Siyasətçi onu da vurğulayıb ki, Rusiya hadisələrin istənilən inkişafına hazırdır.