Bir çox dünya ulduzu var ki, hər zaman xarici görünüşündən narahat olub. Xüsusilə də artıqçəkili olmaları onları pərəstiçkarları qarşısına çıxmaqdan çəkindirib. Ona görə də onlar ciddi iradə göstərərək arıqlamağa çalışıblar.
Hafta.az bu məqalədə bir neçə belə tanınmış barədə məlumat paylaşacaq:
Barbi Ferreyra
Aylardır ki, pərəstişkarları Barbi Ferreyranın necə arıqlaması ilə bağlı fikirlər səsləndirirdilər. Çoxları onu "Euphoria" serialındakı istiqanlı gözəl kimi xatırlayır. Bu layihədən sonra da aktrisa uzun müddət başqalarına bədənlərini sevməyi və istənilən çəkidə qəbul etməyi öyrədib.
Barbi son vaxtlar çox arıqlayıb. Pərəstişkarları onun necə arıqladığını soruşsa da, Ferreyra arıqlama sirrini açıqlamır.
Lizzo
Müğənni Lizzo keçən il xeyli arıqlamağa başlayıb. Deyəsən, ulduz hələ də bədəni üzərində aktiv şəkildə işləyir. Amma hansı vasitələrlə, mübahisəli məsələdir. Çoxları onun Barbi Ferreyra kimi məşhur anti-diabet dərmanından istifadə etdiyindən şübhələnir.
Baxmayaraq ki, bir neçə gün əvvəl Lizzo dramatik arıqlamasının sirrinin şəkərli içkilərdən və kofedən imtina etməsi, həmçinin tam səhər yeməyi yeməsi və gündəlik kalorisini hesablaması olduğunu etiraf edib.
Selena Qomez
Selena Qomezin çəkisi daim dəyişir. O, bunun səbəbinin səhhətində yaranan problemlər və dərmanlar olduğunu bildirib.
Ancaq 2025-ci ildə Selena çox arıqladı. Pərəstişkarları onun incə beli, aydın üz cizgiləri və yeni rolu ilə gələn xoş yüngüllük hissini tanımaqdan məmnundurlar.
Ceyson Biqs
Bu aktyorun "Amerika pastası" filmində necə göründüyünü xatırlayırsınız? Təbii ki, çox yaraşıqlı gənc idi. Ceyson Biqsin bu layihədən sonra ciddi çəki aldığını söyləmək olmaz, amma hər halda kökəldiyi doğrudur.
Aktyorun son ictimaiyyət qarşısına çıxması bir çox pərəstişkarlarını təəccübləndirib. Ceyson Nyu Yorkdakı City Harvest Gala xeyriyyə tədbirində tamamilə yeni görünüşdə olub.