AZ

Onlayn sərəncam ödənişləri "Expressbank"da

"Expressbank" biznes müştəriləri üçün onlayn sərəncam ödənişi xidmətini aktiv edib. 

"Unikal" xəbər verir ki, artıq "Expressbank" İnternet Bankçılıq istifadəçiləri sözügedən platforma vasitəsilə hesablarına daxil olan sərəncamlar üçün vaxt itirmədən ödəniş edə bilərlər.

Sadəcə İnternet Bankçılıq platformasına daxil olaraq “Sərəncamlar” bölməsindən ödəniş üçün uyğun olan sərəncam üzrə ödənişi həyata keçirmək mümkündür.

"Expressbank"ın biznes xidmətləri ilə bağlı ətraflı məlumat almaq üçün linkə keçid edə və ya sizə ən yaxın "Expressbank" filialına yaxınlaşa bilərsiniz.

"Expressbank" ASC Bakı və regionlarda 16 filialı ilə fəaliyyət göstərir. Lisenziya №119, 30.12.1992, AR MB. Bakı şəh., Y.V.Çəmənzəminli küç., 134C.

"Expressbank" – İşiniz rahat getsin!

Seçilən
0
unikal.az

1Mənbələr