Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinəintensiv yağışlarla əlaqədar Hacıqabul rayonunda bəzi ərazilərinsubasmaya məruz qalması barədə məlumatlar daxil olub.
Məlumatlarla əlaqədar dərhal FHN-in Muğan Regional Mərkəzininqüvvələri ərazilərə cəlb olunub.
Hazırda su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması vədigər zəruri təhlükəsizlik tədbirlərinin görülməsi işləri həyatakeçirilir.
Bundan əlavə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və SulardaXilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindənrayonun Qarasu kəndi yaxınlığında ferma ərazisində köməksizvəziyyətdə qalmış 2 nəfər təxliyə edilib.