Mayın 7-nə keçən gecə Rusiya Kiyevə ballistik raket zərbəsi endirib.
"Unikal" xəbər verir ki, Kiyev meri Vitali Kliçkonun sözlərinə görə, hücum nəticəsində Svyatoşinski, Solomyanski və Dniprovski rayonlarında dağıntılar qeydə alınıb. 4-ü uşaq olmaqla 7 nəfər yaralanıb.
Kiyevə raket və dronlarla hücum nəticəsində azı 2 mülki şəxs həlak olub.