AZ

ÇL: "İnter"in finaldakı rəqibi "Arsenal" olacaq, yoxsa PSJ? - YENİLƏNİR

Bu gün UEFA Çempionlar Liqasında son finalçı müəyyənləşəcək.

Fanat.Az xəbər verir ki, yarımfinal mərhələsinin cavab görüşü çərçivəsində PSJ “Arsenal”ı qəbul edəcək. 

İlk oyunda Fransa nəhəngi səfərdə 1:0 hesabı ilə qalib gəlib.

Bugünkü görüş saat 23:00-da başlayacaq. 

Qeyd edək ki, həlledici qarşılaşmada oynayacaq ilk komanda dünən bəlli olub. “İnter” “Barselona”nı məğlub edərək finala yüksəlib və rəqibini gözləyir.

UEFA Çempionlar Liqasının final matçı mayın 31-də Almaniyanın Münhen şəhərində keçiriləcək. 

UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
7 may

23:00. PSJ (Fransa) – Arsenal (İngiltərə)
İlk oyun – 1:0

Seçilən
0
12
fanat.az

10Mənbələr