AZ

"Hindistan hücumları dayandırarsa, biz..." - Pakistanın müdafiə nazirinin açıqlaması

Hurriyyet.az xəbər verir ki, Hindistanın hücumu dayandıracağı halda  Pakistan da əməliyyatları dayandıracaq.

Pakistanın müdafiə naziri Havaca Asif "Blumberq" ("Bloomberg") televiziyasına açıqlamasında ölkənin Hindistana qarşı hərbi əməliyyatları dayandırmağa hazır olduğunu açıqlayıb. Bu, Nyu-Dehlinin zərbələr endirməyi dayandıracağı zaman baş verəcək.

Nazir İslamabadın Hindistana qarşı heç bir hərbi əməliyyat planlaşdırmadığını da xatırladıb. O, Pakistan dövlətinin yalnız düşmən təcavüzünə cavab verdiyini söyləyib. Havaca Asif deyib: "Hindistan silahını yerə qoyarsa, biz hərbi əməliyyatları dayandırmağa hazırıq. Lakin hələ hücumlar davam edir".

İslamabaddan verilən rəsmi açıqlamaya görə, Hindistan Pakistanın 3 məntəqəsinə - Behvalpur, Müzəffərabad və Kotliyə raketlərlə hücum edib, məscidlər və digər obyektlər hədəf olub, dinc sakinlər zərər çəkib. 

Hürr Tərcüman

Seçilən
0
hurriyyet.az

1Mənbələr