AZ

Mayın 9-u ilə bağlı Rusiyada yaşayanlara XƏBƏRDARLIQ

Mayın 9-da Rusiyanın Novqorod, Leninqrad, Kirov vilayətlərində, Komi Respublikası və Udmurt Respublikasında yaş qar yağa bilər.

BAKU.WS xəbər verir ki, Rusiyanın "Meteo" proqnoz mərkəzinin rəhbəri Aleksandr Şuvalov beş rayonun sakinlərinə belə yağıntılar barədə əhaliyə xəbərdarlıq edib.

"Sankt-Peterburqda qar yağışı gözlənilmir. Bu, yalnız Avropa Rusiyasının şərqində və şimal-şərqində mümkündür: Kirov, İjevsk, Sıktıvkar", - deyə Şuvalov aydınlaşdırıb.

Meteoroloq əlavə edib ki, mayın 9-da Moskva, Ryazan, Tula, Kaluqa və Tver vilayətlərində gecə şaxtası gözlənilir. Paytaxt rayonunda gün ərzində sərin hava şəraiti müşahidə olunacaq, az yağış yağacağı ehtimalı var. 

Seçilən
0
far.az

1Mənbələr