AZ

Çox işləmək ürək xəstəsi edir

Yazını böyüt
Yazını kiçilt

Moskvalı ürək cərrahı Artyom Sveşnikov böyük şəhər həyatının ürək sağlamlığına təsiri ilə bağlı ciddi xəbərdarlıqlar edib. Paytaxtda yaşayan insanların ürək xəstəliklərinə daha çox rast gəlmələrinin əsas səbəblərindən birinin stress olduğunu deyən cərrah, həddindən artıq iş yükü və balanssız həyat tərzinin xüsusilə ritm pozğunluqlarını artırdığını bildirib.

Hafta.az-ın “Moskviçmaq” jurnalına istinadən yazdığına görə, Sveşnikov deyib ki, atrial fibrilasiya (AF) kimi tanınan ürək ritminin pozulması yaşlı əhali arasında daha çox rast gəlinir. Bu pozğunluq 60 yaşdan yuxarı insanlarda yüzdə 6-8 nisbətində görülərkən, 80 yaşdan yuxarı insanlarda bu nisbət yüzdə 25-ə yüksəlir. Cərrah, "Həyat keyfiyyətinin qorunması, ömrün uzadılması qədər vacibdir. Ürək xəstəliklərinin qarşısının alınması və müalicəsi də təbabətin ən əsas məqsədlərindən biridir" deyib.

Stresslə mübarizə yollarından danışan Sveşnikov, hər kəsin antidepresanlara müraciət etməməli olduğunu bildirib. “Zərərli vərdişlərdən uzaq durmaq, fiziki aktivliyi artırmaq və təbiətlə təmasda olmaq bir çox xəstələr üçün təbii antidepresan təsir göstərə bilər” deyən Sveşnikov ürək sağlamlığı üçün müntəzəm gəzintilərin, mədəni tədbirlərin və yaxınlarınızla vaxt keçirməyin vacib olduğunu vurğulayır. Sveşnikov onu da açıqladı ki, işgüzar insanlar çox yaşamırlar.

Atrial fibrilasiyanın təkcə ürək döyüntüsü və ya yorğunluq kimi əlamətlərlə deyil, bəzən heç bir əlamət olmadan da irəlilədiyini bildirən həkim, laxtalanma riskinə qarşı mütəmadi müayinələrin, lazım olduqda qan durulaşdırıcı müalicələrin həyati əhəmiyyət daşıdığını izah edib. Sveshnikov, "Fibrilyasiyanın diqqətdən kənarda qaldığı hər gün insult riski daşıyır" deyib.

Seçilən
0
hafta.az

1Mənbələr