Xəbər verdiyimiz kimi, Hindistan Paksitan ərazisinə hücuma keçib. Hücum nəticəsində Pakistan tərəfindən 26 mülki şəxs həlak olub, onlarla insan yaralanıb. Hindistan tərəfi isə itkilərini hələlik açıqlamayıb.
"Unikal" xəbər verir ki, bunun fonunda Pakistanın Baş naziri Şahbaz Şərif "X" hesabında hücumlarla bağlı paylaşım edib.
O, Hindistanın Pakistana zərbələrini kəskin şəkildə pisləyib.
"Pakistanın Hindistanın tətbiq etdiyi müharibəyə layiqli cavab vermək hüququ var və sərt cavab verilir. Bütün Pakistan qüvvələri çiyin-çiyinə dayanır və bütün xalqın əhval-ruhiyyəsi və ruhu yüksəkdir. Pakistan xalqı və qüvvələri düşmənlə necə davranacağını çox yaxşı bilir", - Şərif qeyd edib.
Gülayə Mecid