AZ

Putinin 9 may paradına yollanan iki ölkə lideri Moskvaya uça bilmədi - təyyarələri "blok"landı...

Litva və Latviya Serbiya prezidenti Aleksandr Vuçiçi aparan təyyarənin öz ərazilərindən Moskvaya uçmasına qadağa qoyub.
 
Moderator.az "UNİAN"-a istinadla xəbər verir ki, Serbiyanın “Novosti” qəzetinin məlumatına görə, Vilnüs uçuşa icazə verilməməsini “texniki və diplomatik həssaslıqla” izah edib. Daha sonra Riqa oxşar qərar qəbul edərək bunu Serbiya təyyarəsinin “uçuş məqsədinin siyasi həssaslığı” ilə izah edib.
 
Bundan əlavə, qəzet Polşa və Litvanın daha əvvəl Slovakiyanın baş naziri Robert Fitsonun onların səmasında uçmasını qadağan etdiyini yazır.
 
Mayın 9-da Moskvadakı parad haqda...
 
"UNİAN"-ın verdiyi məlumata görə, Rusiya 9 may bayramı ilə bağlı  mayın 8-dən 10-dək birtərəfli üçgünlük atəşkəs elan edib.
 
Ukrayna bu təşəbbüsü qeyri-səmimi adlandıraraq, 30 günlük atəşkəsə çağırıb. Prezident Vladimir Zelenski qeyd edib ki, o, Moskvadakı xarici qonaqların təhlükəsizliyinə zəmanət verə bilməz.
 
Rusiya bəyan edib ki, paradda 29 dünya lideri, o cümlədən Çin lideri Si Zinpin, Braziliya prezidenti İnasio Lula da Silva və Qazaxıstan prezidenti Qasım-Jomart Tokayev iştirak edəcək.
 
Slovakiyanın baş naziri Robert Fitso və Serbiya prezidenti Aleksandr Vuçiçin Moskvada keçiriləcək hərbi paradda iştirak etmək niyyəti Avropa İttifaqında qalmaqala səbəb olub.
 
Belqrada xəbərdarlıq edilib ki, prezidentin Rusiyaya səfəri Aİ-yə üzvlük meyarlarını pozacaq və ölkənin Avropaya inteqrasiyası üçün təhlükə yaradacaq. Bununla belə, Vuçiç yenə də fikrindən dönməyi
Seçilən
0
moderator.az

1Mənbələr