“Barselona”nın vingeri Rafinya Çempionlar Liqasında mövsümü 12 qol, 9 məhsuldar ötürmə ilə başa vurub.
Msport.az xəbər verir ki, braziliyalı 21 qolun vurulmasından yaxından iştirak etməklə “Real”ın sabiq hücumçusu Kriştianu Ronaldonun uğurunu təkrarlayıb.
Portuqaliyalı 2013-14 mövsümündə eyni göstəriciyə imza atıb. Rafinyanın bu performansına baxmayaraq, komandası turnirin finalına yüksələ bilməyib.
“Barselona” isə ardıcıl 10-cu dəfə finala yüksələ bilməyib. İspaniya nəhəngi sonuncu dəfə 2014-15 mövsümündə həlledici matçda iştirak edə bilib.
Qeyd edək ki, Çempionlar Liqasının digər finalçısı bu gün keçiriləcək PSJ – “Arsenal” oyununda müəyyənləşəcək.