AZ

Kiyev səhəri bombardmanla açdı: Rusiya vurdu, ölənlər var

Mayın 7-də səhər saatlarında Rusiyanın Kiyevə hücumu nəticəsində 4-ü uşaq olmaqla 2 nəfər həlak olub, 8 nəfər yaralanıb.

Publika.az xəbər verir ki, bu barədə Ukraynanın Dövlət Fövqəladə Hallar Xidməti və Kiyev meri Vitali Kliçko "Telegram" kanalında məlumat verib.

“Xilasedicilər Svyatoşinski, Solomenski, Şevçenkovski və Dneprovski rayonlarında işləyirlər”, - Kliçko deyib.

Bildirilir ki, Svyatoşinski rayonunda 9 mərtəbəli yaşayış binasının 6, 7, 8 və 9-cu mərtəbələrində yanğınlar baş verib, 100 kvadratmetr sahədə yanğın söndürülüb.

"1-i böyük 4-ü uşaq olmaqla 5 nəfər xilas edilib. 3 uşaq yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Xilasetmə işləri davam edir", - məlumatda bildirilir.

Məlumatda qeyd olunur ki, Dneprovski rayonunda pilotsuz təyyarə çoxmərtəbəli yaşayış binasının üzərinə düşüb, nəticədə 29 və 30-cu mərtəbələrdə tavan dağılıb.

Xilasedicilərin sözlərinə görə, yanğın və tələfat olmayıb.

Seçilən
0
publika.az

1Mənbələr