AZ

Astarada torpaq sürüşməsi və yol çökmələri baş verdi - FOTO

​ASTARA, 7 may. TELEQRAF

Son günlər Astara rayonunda intensiv yağışlardan sonra torpaq sürüşməsi və yol çökmələri baş verib.

Teleqraf-ın cənub bürosunun məlumatına görə, son günlər yağan güclü yağışlar rayonun ucqar dağ kənd yollarında sürüşmələr və uçqunlar yaradıb. Əsasən Pensər-Toradi avtomobil yolunda, eləcə də Hamuşam kənd inzibati ərazi dairəsinə daxil olan kəndlərdə bu hallara rast gəlinir.

Hadisə nəticəsində qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə tökülüb, bu isə nəqliyyat vasitələrinin hərəkətində ciddi çətinliklər yaradıb. Sürücülər bildirirlər ki, yollarda yaranan uçqunlar avtomobillərin hərəkəti üçün təhlükə törədir.

Kənd sakinlərinin sözlərinə görə, bu kimi hallar bölgədə tez-tez baş verir, aidiyyəti qurumlar problemin aradan qaldırılması üçün operativ tədbirlər görmürlər.

Qeyd edək ki, sinoptiklərin proqnozlarına əsasən, bölgədə hava şəraiti yaxın günlərdə də qeyri-sabit olaraq qalacaq.

Seçilən
0
teleqraf.com

1Mənbələr