AZ

Zaniolo yayda "Fiorentina"dan ayrılacaq

"Qalatasaray"ın icarəyə göndərdiyi italiyalı futbolçusu Zaniolo yayda komandaya geri dönəcək.

"Qalatasaray"dan icarəyə götürülən "Fiorentina"nın yarımmüdafiəçisi Nikolo Zaniolo yay transfer pəncərəsində Türkiyə klubuna qayıdacaq.

Operativ Media xəbər verir ki, Florensiya klubu 25 yaşlı italiyalının çıxışından narazıdır. "Fiorentina" fevralda Zaniolonu mövsümün sonuna kimi icarəyə götürüb. O, 12 matçda qol vura bilməyib.

Mövsümün ilk yarısında Zaniolo "Atalanta"da icarə əsasında çıxış edib.

Seçilən
0
operativmedia.az

1Mənbələr