Bakı Apellyasiya Məhkəməsində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) katibliyinin sədr müavini Əmir Şirinbəylinin evindən 244 min 790 manatlıq oğurluq etməkdə ittiham olunan Ruhiyyə Məmmədovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Habil Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, Bakı Ağır Cinayətlər Məhkəməsinin 5 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının müddəti 5 ilə endirilib.
İttiham aktına görə, Ruhiyyə Məmmədovan KOBİA katibliyinin sədr müavini Əmir Şirinbəylinin evində xadimə işləyib. O, evdən 244 min790 manatlıq qızıl-zinət əşyaları oğurlamaqda təqsirli bilinir.
Qadın baş vermiş cinayət əməlində özünü təqsirli bilib.
Kamal Məmmədov