AZ

Tramp Kanada və Meksika ilə ticarət müqaviləsini dayandıra bilər

 ABŞ prezidenti Donald Tramp üçtərəfli ABŞ-Kanada-Meksika Azad Ticarət Sazişinin (USMCA) ləğv edilməsini istisna etməyib.

Banco.az xəbər verir ki, bu barədə  Vaşinqton administrasiyasının rəhbəri Ağ Evdə Kanadanın baş naziri Mark Karni ilə görüşün əvvəlində jurnalistlərin suallarını cavablandırarkən deyib.

"Biz yenidən danışıqlara başlaya bilərik. Əgər bu, hətta zəruridirsə. Bunun indi lazım olduğuna əmin deyiləm", - prezident əlavə edib.

O, cari iclasda Karninin hər hansı təklifinin Vaşinqtonun Ottavaya qarşı gömrük rüsumlarının tətbiqi ilə bağlı qərarlarının ləğvinə gətirib çıxara biləcəyi ilə bağlı suala mənfi cavab verib. Prezident bir daha ABŞ-ın Kanadaya hər il təxminən 200 milyard dollar həcmində subsidiya verdiyi fikrini bildirdi. "Bu, çox əhəmiyyətli pul məbləğidir. Amerikalı vergi ödəyicisi üçün əlbəttə, bunu etməyi xoşlayırıq demək çətindir", - Tramp bildirib.

USMCA müqaviləsi 2018-ci ildə o zaman ABŞ-ın 45-ci prezidenti olan Trampın təşəbbüsü ilə imzalanıb. O hesab edirdi ki, oxşar ticarət sazişi, NAFTA ABŞ-ın maraqlarına uyğun deyil. Yeni saziş 2020-ci ildə qüvvəyə minib. O, 2026-cı ildə nəzərdən keçirilə bilər.

Seçilən
0
1
banco.az

2Mənbələr