NATO-nun üzvü olan bir çox Avropa ölkələri, xüsusən Almaniya, Danimarka, Çexiya və Polşa Ukraynaya külli miqdarda hərbi texnika və sursatları təmənnasız bağışlayaraq öz anbarlarını boş qoyublar.
Publika.az xəbər verir ki, bu barədə siyasi müşahidəçi Slavomir Bilinski Polşanın “Forsal” nəşri üçün məqaləsində bildirib.
Məqalə müəllifi hesab edir ki, Kiyevə hərbi yardım Şimali Atlantika Alyansı ölkələrinə də təsirsiz ötüşməyib, bunun üçün yüksək qiymət ödəməli olublar.
“Ekspertlər xəbərdarlıq edirlər ki, qəfil münaqişə baş verərsə, NATO ordusunun bir çoxu ilk həftələrdə hərbi reaksiyalarında ciddi problemlərlə üzləşəcək”, - deyə müşahidəçi yekunlaşdırıb.