Avropalı alimlər quş qripinin donuzlara keçməsi ilə bağlı xəbərdarlıq edib.
“Medicina” xəbər verir ki,Avropa Qida Təhlükəsizliyi Təşkilatının (EFSA) icraçı direktoru Bernhard Url bildirib ki, quş qripinin beynəlxalq epidemiyası Avropanın donuz populyasiyasına yayılsa, heyvanlar "təhlükəli virus laboratoriyası" olacaq.
Donuzlar quşların və insanların patogenlərinin “qarışdığı” bir növ “gəmi” rolunu oynaya bilər.
Url deyib: "Quş qripi, əlbəttə ki, quşlardan məməlilərə getdikcə, daha çox yayılan xüsusi bir mutasiya halını alır”.
Urla AB-də H5N1 vəziyyətinin "nisbətən yaxşı idarə olunduğunu" bildirib, baxmayaraq ki, epidemiyalar milyonlarla quşun məhvinə səbəb oldu. Regional hakimiyyət orqanları pandemiyanın qarşısının alınması üçün müvafiq tədbirlər görür və köçəri quşların daşıdığı suşların monitorinqi aparılır.
Url Aİ-nin qida məhsulları ilə bağlı çox yüksək standartlara malik olduğuna diqqət çəkib.
O, həmçinin heyvandarlıqda antibiotiklərə davamlı patogenlərin artmasının “ciddi ictimai problem” olduğunu qeyd edib. Buna görə də kənd təsərrüfatında müvafiq preparatların istifadəsini minimuma endirməyə çalışırlar.
2024-cü ilin martında ABŞ-da quş qripi epidemiyası başlayıb. Xəstəlik 50 ştatın hamısında ev quşlarını, 17 ştatda isə südlük mal-qaranı əhatə edib. ABŞ səlahiyyətliləri insanlar arasında yoluxma hallarının olduğunu, bir hadisənin ölümlə nəticələndiyini təsdiqlədi.
Keçən il ABŞ-ın Oreqon ştatında donuzlarda iki yoluxma hadisəsi təsdiqləndi və mart ayında Böyük Britaniya qoyunlarda yoluxma hadisəsi olduğunu bildirdi.
Avropada 75,8 milyon ilə müqayisədə 133,6 milyon ilə ABŞ-dan iki dəfə çox donuz var.
Quş qripi yüksək patogenli viral xəstəlikdir və ilk dəfə 1996-cı ildə Çində qaz fermasında aşkar edilmişdir. O vaxtdan bəri H5N1 virusu bütün dünyada ev quşları və çöl quşları arasında ciddi epidemiyalara səbəb olub. 2021-ci ilin oktyabr ayından bu yana 280 milyondan çox quşu öldürüb və vəhşi təbiətin, xüsusilə də dəniz heyvanlarının ölümünə səbəb olub və Cənubi Amerikada məməlilər populyasiyasına təsir edib.
7 yanvar 2025-ci ildə Kanadada 13 yaşlı qız quş qripi diaqnozu qoyularaq iki aylıq xəstəxanada müalicə aldıqdan sonra xəstəxanadan buraxıldı. Uşağın kəskin respirator distress sindromundan əziyyət çəkdiyi məlum olub və ona həyat dəstəyinə yerləşdirilib.
Aygün Musayeva