AZ

Çempionlar Liqasında ilk finalçı bilindi

UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.

Msport.az xəbər verir ki, yarımfinal mərhələsinin bir cavab oyunu keçirilib.

“İnter” Milanda “Barselona”nı qəbul edib. İlk matçda olduğu kimi, bu dəfə də qarşılaşmanın əsas vaxtı 3:3 hesabı ilə yekunlaşıb. Əlavə olunmuş vaxtda qələbə qolunu vuran “İnter” 4:3 hesablı qalibiyyətlə finala adlayıb.

“Neradzurra”nın həlledici görüşdəki rəqibi bu gün keçiriləcək PSJ – “Arsenal” matçından sonra bəlli olacaq.

 

Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

“İnter” – “Barselona” – 4:3

Qollar: L. Martines, 21. H. Çalhanoğlu, 45+1 (p.). Açerbi, 90+3. Frattezi, 99 – E. Qarsiya, 54. D. Olmo, 60. Rafinya, 88

İlk oyun – 3:3

Seçilən
0
msport.az

1Mənbələr