İntensiv yağışlar Astarada yolda sürüşmə və çökmələrə səbəb olub.
APA-nın cənub bürosunun verdiyi xəbərə görə, son günlər intensiv yağışlardan sonra Astara rayonunun ucqar dağ kənd yollarında çökmələr və uçqunlara səbəb olub.
Uçqun və çökmələr əsasən Pensər – Toradi avtomobil yolunda, rayonun Hamuşam kənd ərazi vahidliyinə daxil olan kəndlərdə müşahidə olunur. Qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə tökülüb, nəticədə avtomobillərin hərəkəti üçün problemlər və təhlükələr yaranıb.
Kənd sakinlərin sözlərinə görə, yolda tez – tez belə halların baş verməsinə baxmayaraq, problem qısa müddətdə öz həllini tapır.
Qeyd edək ki, sinoptiklər havanın hələ bir neçə gün də dəyişkən olduğunu proqnozlaşdırırlar.