AZ

İŞİD-ə pul göndərən azərbaycanlılardan şok ifadələr: "Nə qədər pul göndərdiyimi unutmuşam"

Azərbaycanda terrorçuluğun maliyyələşdirilməsi ittihamı ilə bağlı üç nəfər - Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan edilib.

İttihama görə, mütəşəkkil dəstənin üzvləri Şükür Həmidli və Elşən Mustafayev İraq-Şam İslam dövlətinin tərkibində çoxsaylı silahlı münaqişələrdə iştirak edib, Suriya Ərəb Respublikasının ərazində terrorçu qruplaşmaların tərkibində silahlı birləşmələrə qoşulub, Suriya silahlarına qarşı döyüşüblər. Azərbaycanın hüdudlarından kənarda insanları vahiməyə salan partlayışların həyata keçirilməsi və digər cinayətlərdə iştirak ediblər.

Bundan başqa, təqsirləndirilən şəxslər - Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizov sosial şəbəkələrdə terrorçuluğun maliyyələşdirilməsinə yönələn çağırışlar ediblər.

Onlar imkanı aşağı olan şəxslərə sədəqə toplamaq adı ilə pul yığıblar. Topladıqları pulları mütəşəkkil dəstənin digər üzvlərinə verməklə terrorçuluğun maliyyələşdirilməsinə yönələn hərəkətlər ediblər.

Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizov DTX-nin keçirdiyi əməliyyat tədbirləri nəticəsində saxlanılıblar.

İstintaq orqanı müəyyən edib ki, təqsirləndirilən şəxslər terrorçuluğa dəstək məqsədilə xarici ölkədə fəaliyyət göstərən müəyyən şəxslərə maliyyə vəsaitləri köçürüblər.

Qeyd edək ki, təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə onlar 10 ildən 14 ilədək azadlıqdan məhrum edilə bilərlər.

Məhkəmədə ifadə verən Anar Salamzadə bildirib ki, dostu Şükür Həmidli Suriyada yaşayıb, orada ailə qurub: "Onun imkanı yaxşı deyildi. Mən də onun dolanışığı üçün sədəqə toplamışam. Şükür Həmidlini Şəkidən tanıyırdım, məktəb illərindən dostluq münasibətlərimiz vardı. 2015-ci ildə ibadət edərək Suriyaya getdi və orada yaşadı. Mən onunla danışanda imkanı yaxşı olmadığını, orda müharibə getdiyini deyirdi. Oradan foto və videolar çəkərək mənə göndərirdi. Məndən dolanışıq üçün pul istəyirdi. Deyirdi ki, müharibə gedir, burada qaçqınlar var, düşərgələrdə qalırlar. Mən də ona pul göndərirdim. Həmin pula çadır almışdı.

Mən onun İŞİD üzvü olduğunu bilməmişəm, heç o, həmin terrorçu dəstənin üzvü də deyildi. Başqa silahlı qruplaşmadaydı. Özünə "Abdulvahab" ləqəbi götürmüşdü. Şükürün hökumət qüvvələrinə qarşı döyüşdüyünü bilirdim. Mən ona sədəqə adı ilə maddi yardım göndərmişəm".

Anar Salamzadə bildirib ki, Şəki şəhərində "Şəki paxlavası" satmaqla məşğul olub: "Şəkinin özündə də sədəqə verilməli xeyli insan var. Bacardığım qədər onlara da yardım etmişəm. Suriyada, Əfqanıstanda olanlar da bizim qardaşlarımızdır. Onlara da yardım etməyi özümə borc bilmişəm. Bundan başqa, Rusiyada, Türkiyədə olan yoxsul insanlara da yardım etməyə çalışmışam. Mən nə etmişəmsə, Allah qarşısında cavab verəcəm.

Seçilən
0
publika.az

1Mənbələr