41 saylı marşrut avtobusunda yenidən təhlükəli bir vəziyyət qeydə alınıb.
Bakı şəhərinin Binəqədi rayonu ərazisində sərnişindaşıma xidməti göstərən "İsuzu" markalı 41 saylı marşrut avtobusunda yenidən təhlükəli bir vəziyyət qeydə alınıb.
Operativ Media-nın xəbərinə görə, görüntülərdə sərnişinlərdən birinin hərəkətdə olan avtobusun qapısından asılı vəziyyətdə dayandığı əks olunub.
Qeyd edək ki, bu 41 nömrəli marşrutla bağlı qeydə alınan ilk belə hadisə deyil. Qısa müddət əvvəl eyni marşrut xəttində daha bir oxşar hal yaşanmışdı. Həmin hadisədə də sərnişinlərdən biri avtobusun qapısından asılı vəziyyətdə təhlükəli şəkildə hərəkət etmişdi.