BAKI, 7 may. TELEQRAF
Bakının Xətai rayonunda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Teleqraf-a verilən xəbərə görə, Bakı şəhərinin Xətai rayonunda ümumi sahəsi 25 m² olan mağazada piştaxta 6 m² sahədə və qismən 2 ədəd məişət avadanlığı yanıb.
Yüksək temperaturdan lambirindən ibarət tavan 8 m² sahədə əriyib.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.