AZ

Hindistan-Pakistan müharibəsi başladı – 8 ölü, 35 yaralı var, qırıcılar vuruldu

Növbəti Hindistan-Pakistan müharibəsi başlayıb.

Heftelik.az-ın “Geo TV”-yə istinadən verdiyi məlumata görə, Hindistan Silahlı Qüvvələri Pakistanın nəzarətində olan Cammu və Kəşmirdəki terror infrastrukturuna zərbə endirəcək “Sindoor əməliyyatı”nın başladığını açıqlayıb.

Qeyd edilib ki, Pakistanın 9 rayonunda heç bir hərbi obyektin hədəf alınmadığı əməliyyat keçirilir.

Hindistan ordusunun Pakistana endirdiyi zərbələr nəticəsində azı 8 nəfər ölüb, 35 nəfər yaralanıb.

Pakistan Hərbi Hava Qüvvələri Hindistanın hücumunu dəf edərkən 5 Hindistan qırıcısını vurub.

Seçilən
0
heftelik.az

1Mənbələr