AZ

Hindistanda kişi yatmış arvadının burnunu yedi

Hindistanın Qərbi Benqal ştatının Şantipur şəhərində dəhşətli hadisə baş verib. Yerli sakin Bapan Şeyx yatmış arvadının burnunu dişləyərək yeyib.

“İki sahil” "ETV Bharat"a istinadən xəbər verir ki, hadisə ilə bağlı qadının anası polisə müraciət edib. O bildirib ki, kürəkəni gecə saatlarında qısqanclıq zəminində qızına hücum edərək onu dişləməyə başlayıb. Ağrıdan oyanan qadın ərinə qarşı müqavimət göstərdikdə, kişi bu dəfə onun barmaqlarını dişləməyə başlayıb. Qadının səsinə anası oyanıb. Kişi qayınanasını da döyüb, lakin hər iki qadın evdən qaçmağa müvəffəq olub.

Araşdırmalar zamanı məlum olub ki, Şeyx 9 ildir Madhu adlı qadınla evlidir və onların bir övladı var.

"Ərim bəzən spirtli içki içirdi və üzümə, burnuma maraq göstərirdi. Burnumu dişləyib yeyəcəyini deyirdi. Gözəl olduğum üçün üzümə yandırıcı maddə tökəcəyi ilə hədələyirdi", - deyə qadın bildirib.

Bapan Şeyx artıq həbs olunub və məhkəməyə çıxarılıb.

Seçilən
0
ikisahil.az

1Mənbələr