AZ

Rusiyada kartofun qiyməti rekord vurdu – 2,8 DƏFƏ BAHALAŞIB

Rusiyada kartof 2,8 dəfə bahalaşıb.

FED.az xəbər verir ki, ilin əvvəlindən etibarən kartofun topdan satış qiyməti 85% artaraq 46-51 rubla (85-96 qəpik) yüksəlib. Kartofun pərakəndə atış qiyməti isə 2,8 dəfə artaraq 85 rubla (1,6 manata) çatıb.

Bahalaşmanın səbəbi – 2024-cü ildə Rusiyada kartofun məhsuldarlığının 12% azalmasıdır. Buna havaların pis keçməsi və ümumiyyətlə ölkədə kartof əkin sahələrinin təqribən 11% azalması səbəb olub.

2023-cü ildə kartof sahələrində bol məhsul olması bu sahədə qarışıqlıq yaradıb. Belə ki, 2023-də məhsul bol olduğuna görə, qiymətlər kəskin ucuzlaşmışdı və fermerlərə kartof əkmək sərfəsiz olmuşdu. Nəticədə 2024-cü ildə kartof sahələri azalıb, bu isə qiymətlərin kəskin artmasına səbəb olub.

Rusiya dövlət qurumlarının məlumatına görə, hazırda Rusiyadakı mağazalarda kartofun 40%-i Misir, Pakistan və Çin məhsuludur. Kartof azlığı səbəbindən Rusiya hökuməti rüsumsuz kartof idxalı üzrə limiti 300 min tona qaldırmaq niyyətindədir.

Seçilən
0
fed.az

1Mənbələr