AZ

Quterreşdən HƏYƏCAN TƏBİLİ: "Dünya bu hərbi qarşıdurmaya dözə bilməz"

BMT-nin baş katibi Antonio Quterreş Hindistan və Pakistan arasında hərbi qarşıdurmadan dərin narahatlığını ifadə edib.

Publika.az xəbər verir ki, bu barədə “Arab News” baş katibin nümayəndəsinə istinadla məlumat yayıb.

Quterreş hər iki tərəfi maksimum təmkinli olmağa çağırıb. O vurğulayıb ki, dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya dözə bilməz.

Mayın 6-da axşam saatlarında Hindistan Müdafiə Nazirliyi ölkənin silahlı qüvvələrinin Pakistanda doqquz hədəfə zərbə endirdiyi "Sindoor" əməliyyatının başladığını elan edib. Hindistan hərbi idarəsinin məlumatına görə, Pakistanın hərbi obyektlərinə hücum edilməyib, lakin “terror infrastrukturu” hədəfə alınıb. Pakistan ordusu Hindistanın ölkədəki üç hədəfə və İslamabadın nəzarətində olan ərazilərə raket zərbələri endirdiyini təsdiqləyib.

Seçilən
0
4
publika.az

3Mənbələr