AZ

Hindistanın 6-cı batalyon qərargahı da məhv edildi

Pakistan, Hindistanın hücumuna güclü şəkildə cavab verməyə davam edir.

Pakistanın cavab hücumları nəticəsində Hindistanın 6-cı Mahar alayının qərargahı da məhv edilib.

News24.az dailypakistan-a istinadən xəbər verir ki, Hindistanın 6-cı Mahar alayı Azad Kəşmirin Leepa vadisinin qarşısında, işğal altındakı Kəşmirdə yerləşir. 

Eyni zamanda, Pakistan Hindistan Hərbi Hava Qüvvələrinə məxsus bir təyyarəni vurub.

Onu da qeyd edək ki, Pakistan, Hindistanın hücumu ilə bağlı BMT-nin Təhlükəsizlik Şurasını məlumatlandırıb.

Təhlükəsizlik mənbələrinin bildirdiyinə görə, Hindistan təyyarəsi Akhnur sektorunda vurulub. Yayılan görüntülərdə Hindistan Hərbi Hava Qüvvələrinə məxsus məhv edilmiş təyyarə aydın şəkildə görünür – təyyarə yanaraq külə dönüb.

Günel Məlikzadə

Seçilən
0
14
news24.az

10Mənbələr