AZ

Venesuela prezidenti Maduro Moskvaya gəlib

Venesuela prezidenti Nikolas Maduro Moskvanın Şeremetyevo hava limanında rəsmilər tərəfindən qarşılanıb...

Poliqon xəbər verir ki, Venesuela prezidenti Moskvada Böyük Vətən Müharibəsi Qələbənin 80 illiyi ilə bağlı keçiriləcək bayram tədbirlərində iştirak edəcək. Prezidentin gəlişini əks etdirən kadrlar “Rossiya 24” telekanalında nümayiş etdirilib. Prezidenti həyat yoldaşı Cilia Flores müşayiət edir.

Daha əvvəl Kreml bildirib ki, Maduronun mayın 7-də Moskvaya səfəri zamanı o, Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq. Dövlət başçıları iqtisadi əlaqələrin genişləndirilməsini müzakirə edəcək, mədəni-humanitar məsələlərə toxunacaq, qlobal və regional gündəlikdəki əsas məsələlər ətrafında fikir mübadiləsi aparacaqlar.

Görüşdən sonra prezidentlər Rusiya və Venesuela arasında strateji tərəfdaşlıq və əməkdaşlıq haqqında saziş imzalayacaqlar.

Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib ki, Kreml mayın 9-da Moskvada keçiriləcək Qələbə Paradına 29 xarici liderin qatılacağını gözləyir. Putinin köməkçisi əlavə edib ki, 34 ölkə müdafiə nazirlərini Moskvaya göndərməlidir.

Poliqon.info

Seçilən
0
poliqon.info

1Mənbələr