AZ

Düyüdəki səssiz təhlükə-XƏBƏRDARLIQ

Dünyada süfrələrin əvəzolunmaz təamı olan düyü milyonlarla insanın əsas qida mənbəyidir. Bununla belə, mütəxəssislər düyünün sağlam bir karbohidrat mənbəyi olmaqla yanaşı, ciddi risklər də yaratdığına diqqət çəkirlər.



Manset.az-ın xarici KİV-ə istinadən məlumatına görə, mütəxəssislər düyüdə "arsen" adlı zəhərli maddələrin yığılma riskinin olduğunu vurğulayıblar.

Bu maddə insan sağlamlığını təhdid edir. Mütəxəssislər bildirib ki, düyü bataqlıq ərazilərdə yetişdiyi üçün arseni udma nisbəti yüksəkdir. Oyunların sözünə gör, düyü bitkisi torpaqda və suda həll olmuş arseni kökləri ilə udur və birbaşa taxıllarına aparır. Bu səbəbdən düyü digər taxıllara nisbətən daha çox arsen yığmağa meyllidir.

Yeganə


Seçilən
0
manset.az

1Mənbələr