
Hindistan hakimiyyəti Pakistandakı "terrorçu" infrastruktura hücuma keçdiklərini açıqlayıb. Bu barədə "Reuters" agentliyinin jurnalisti İdris Əli məlumat verib.
Reyting.az-ın məlumatına görə, Hindistanın səlahiyyətliləri "Sindoor" adlı əməliyyat çərçivəsində doqquz müxtəlif əraziyə hücum etdiklərini bildiriblər.
Pakistan İslam Respublikasının Müdafiə Nazirliyi Hindistanın ölkədəki hədəflərə raket zərbəsi endirdiyini təsdiqləyib.
Bundan əvvəl məlum olub ki, mayın 7-nə keçən gecə Kəşmirin Pakistan hissəsində çoxsaylı partlayışlar baş verib.
Oqtay QORÇU