UEFA Çempionlar Liqasında ilk finalçı müəyyənləşib.
Missiya.Az xəbər verir ki, Milan "İnter"i öz meydanında "Barselona" ilə qarşılaşıb. İspaniyada keçirilən ilk görüşdə 3:3 hesabı qeydə alındığından komandaların şanslarını bərabər qiymətləndirilirdi.
Gərgin keçən görüşün əsas vaxtı 3:3 hesabı ilə başa çatıb. Əlavə vaxtda isə "İnter" daha bir qol vuraraq 4:3 hesablı qələbə qazanıb və finala yüksəlib.
Qeyd edək ki, yarımfinalın digər cavab matçı bu gün keçiriləcək. PSJ "Arsenal"ı qəbul edəcək.