BAKI, 7 may. TELEQRAF
Pakistanın müdafiə naziri Xavaca Asif bildirib ki, ölkənin Hərbi Hava Qüvvələri hücumu dəf edərkən 5 Hindistan qırıcısını məhv edib.
Teleqraf xəbər verir ki, "Geo TV" vurulan təyyarənin üçünün "Rafale", digərlərinin isə "MiQ-29" və "Su-30" qırıcısı olması barədə məlumat yayıb.
Müdafiə Nazirliyinin sözçüsü general-mayor Əhməd Şərif Çaudri vurğulayıb ki, Hindistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr Pakistan hava məkanında vurulub. O əlavə edib ki, iki ölkə arasında sərhəd rolunu oynayan nəzarət xətti boyunca intensiv atışmalar gedir