AZ

BMT-nin Baş katibi: Dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya tab gətirə bilməz

BMT-nin Baş katibi Antonio Quterreş Hindistan və Pakistanı maksimum təmkinli olmağa çağırıb. Çünki dünya iki ölkə arasında hərbi qarşıdurmaya tab gətirə bilməz.

“İki sahil” xəbər verir ki, bu barədə BMT baş katibinin rəsmi nümayəndəsi Stefan Düjarrikin bəyanatında deyilir.

“Baş katib Hindistanın sərhəd boyunca apardığı “hərbi əməliyyatlar”dan (hücum – Qeyd)çox narahatdır. O, hər iki ölkəni maksimum hərbi təmkin nümayiş etdirməyə çağırır. Dünya Hindistan və Pakistan arasında hərbi qarşıdurmaya tab gətirə bilməz”, - bəyanatda deyilir.

Qeyd edək ki, Hindistanın Pakistanın üç şəhərinə raket zərbələri endirməsindən sonra rəsmi İslamabad hava məkanını bağlayıb, qırıcı təyyarələrini səmaya qaldırıb. Hindistanın hücumu nəticəsində biri uşaq olmaqla azı iki nəfər ölüb, 12 mülki şəxs isə yarlanıb.

Seçilən
0
4
ikisahil.az

3Mənbələr