BAKI. 7 may. TELEQRAF
Çərşənbə axşamı İsrailin Qəzza zolağına endirdiyi zərbələr nəticəsində azı 66 nəfər həlak olub.
Teleqraf xəbər verir ki, bu barədə Qətərin “Əl-Cəzirə” telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, İsrail qüvvələri Fələstin anklavına yeni hücumları davam etdirir.
Qeyd olunur ki, mayın 7-də gecə yarısından bəri İsrailin Qəzza zolağına, o cümlədən cənubundakı Xan Yunis şəhərinə endirdiyi zərbələr nəticəsində azı 16 nəfər ölüb, 8 nəfər, o cümlədən bir uşaq bomba hücumu nəticəsində həlak olub.