AZ

Baş nazirin müavini: Serbiyada növbədənkənar parlament seçkiləri keçirilməyəcək

Belqrad, 7 may, AZƏRTAC

Serbiyada erkən parlament seçkilərinin keçirilməsi üçün heç bir səbəb yoxdur.

AZƏRTAC xəbər verir ki, bunu Serbiya Baş nazirinin müavini və daxili işlər naziri İvitsa Daçiç deyib.

“Serbiyaya siyasi sabitlik və davamlı iqtisadi inkişaf lazımdır. Məncə, növbədənkənar parlament seçkiləri üçün heç bir əsas yoxdur. Hökumət sabit parlament çoxluğuna malikdir. Bunu tələb edənlər seçkilərin “onların arzularının sonu” olacağını başa düşmürlər”, - deyə o, bildirib.

Baş nazirin müavini əlavə edib ki, heç bir növbədənkənar seçkinin tərəfdarı deyil, yalnız adi seçkilərin tərəfdarıdır.

Hakim Serbiya Tərəqqi Partiyasının rəhbəri Milos Vuçeviç də növbədənkənar parlament seçkilər tələbini qəti şəkildə rədd edib.

Qeyd edək ki, Serbiyada etiraz aksiyaları keçirən tələbələr parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması tələbi ilə çıxış edirlər.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Belqrad

Seçilən
0
azertag.az

1Mənbələr