BAKI, 7 may. TELEQRAF
Hindistan ordusu Nəzarət Xətti (LoC) yaxınlığında yerləşən Çurha Kompleksində ağ bayraq qaldırıb.
Teleqraf GEO TV-yə istinadən xəbər verir ki, bu barədə Pakistanın federal informasiya naziri Attaullah Tarar məlumat yayıb.
Onun sözlərinə görə, Hindistan tərəfi ağ bayraq qaldıraraq məğlubiyyətini etiraf edib.
Müxtəlif mənbələrin məlumatına görə, Pakistan qüvvələri bölgədə yerləşən Hindistan postlarına ciddi zərbələr endirib.