Səhərə yaxın saatlarda Mingəçevirdə fərdi təsərrüfatda güclü yanğın olub.
Teleqraf -ın yerli bürosunun məlumatına görə, hadisə Heydər Hüseynov küçəsindəyerləşən həyət evində baş verib.
5 otaqlı evin mətbəx hissəsində başlayan yanğın qısa müddətdə daha da genişlənib.
Vaxtında hadisə yerinə gələn yanğın söndürənlərin çevik müdaxiləsi sayəsində evin digər hissələri yanğından mühafizə olunub.
Faktla bağlı araşdırma aparıllr.