Amerika Birləşmiş Ştatlarının Ali Məhkəməsi Prezident Donald Tramp administrasiyasına transseksualların orduda xidmət etməsini qadağan etmək səlahiyyəti verib.
“Report” xəbər verir ki, şikayət olduqda yekun qərarı apellyasiya məhkəməsi verəcək.
Qeyd edək ki, transseksuallara ABŞ ordusunda xidmət etmək hüququ 2016-cı ildə prezident Barak Obamanın dövründə verilib.
2024-cü ilin dekabrında Donald Tramp demişdi ki, onun administrasiyası dövründə hökumət yalnız iki cinsin tanınması ilə bağlı rəsmi siyasətə riayət edəcək: kişi və qadın.