Belqrad, 7 may, AZƏRTAC
Litva və Latviya mayın 9-da Moskvada keçiriləcək Qələbə paradında iştirak edəcək Serbiya Prezidenti Aleksandr Vuçiçin təyyarəsinin öz hava məkanlarında uçuşuna icazə verməyəcək.
AZƏRTAC xəbər verir ki, Litva hökuməti Serbiya Prezidentini daşıyan təyyarənin öz hava məkanına buraxılmamasını “texniki və diplomatik həssaslıq” kimi izah edib. Latviya tərəfi isə bu qərarı “uçuşun məqsədinin siyasi həssaslığı” ilə əsaslandırıb.
Qeyd edək ki, mayın 9-da Moskvada Serbiya və Rusiya prezidentlərinin görüşü planlaşdırılır.
Nihad Budaqov
AZƏRTAC-ın xüsusi müxbiri
Belqrad