AZ

Hindistan əməliyyatlar zamanı 17 terrorçunun öldürüldüyünü açıqlayıb

Hindistan ordusunun Pakistanda keçirdiyi “Sindoor” əməliyyatı zamanı azı 17 terrorçu öldürülüb, 60-ı isə yaralanıb.

APA xəbər verir ki, bu barədə “News18” telekanalı ordudakı mənbələrə istinadən məlumat yayıb.

Qeyd edək ki, Hindistan Müdafiə Nazirliyi dünən gecə saatlarında silahlı qüvvələrin Cammu və Kəşmir ərazisinin Pakistanın nəzarətində olan hissəsində terror infrastrukturunu hədəf alan “Sindoor” əməliyyatına başladığını açıqlayıb.

Hindistan tərəfi ümumilikdə doqquz hədəfə hücum edib.

Seçilən
0
apa.az

1Mənbələr