Hindistan Hərbi Hava Qüvvələri gecə hücumu zamanı Pakistanda mülki infrastruktura, o cümlədən dörd məscidə zərbələr endirib.
“Report”un verdiyi məlumata görə, bunu Paksitan Ordusunun ictimaiyyətlə əlaqələr şöbəsinin baş direktoru general-leytenant Əhməd Şərif Çaudri deyib.
Onun sözlərinə görə, zərbələr Əhmədpur İst və Muridke (Pəncab əyaləti), Müzəffərabad və Kotli (Azad Cammu və Kəşmirin Pakistan ərazisi) şəhərlərindəki məscidlərə endirilib.
Daha bir mərmi Sialkot şəhəri yaxınlığındakı kəndə düşüb, lakin partlayış baş verməyib.