BAKI, 7 may. TELEQRAF
Kəşmir bölgəsinin Hindistanın nəzarətində olan Srinaqar şəhərində hava limanı mülki şəxslər üçün bağlanıb.
Teleqraf “Əl-Cəzirə”yə istinadən xəbər verir ki, Hindistanın “IndiGo” aviaşirkəti də sərnişinlərini "bölgədə hava məkanı şərtlərinin dəyişməsi" səbəbindən bir sıra hava limanlarında gedən və gələn uçuşların dayandırıldığı barədə məlumatlandırıb.
Məlumata əsasən bura Kəşmir bölgəsinin Hindistanın nəzarətində olan Srinaqar və Leh şəhərlərinin hava limanları, həmçinin şimali Hindistanda yerləşən Amritsar, Çandigarh, Bikaner və Dharamshala hava limanları daxildir.