AZ

Pakistanda mülki şəhid sayı 8-yə yüksəldi, 40-a yaxın yaralı var

"Hindistan ordusu çərşənbə axşamı gecə saatlarında Pakistanın altı fərqli nöqtəsinə mülki əraziləri, ibadət yerlərini və yaşayış məhəllələrini hədəf alaraq 24 hücum həyata keçirdi".

Publika.az "Samaa" TV-yə istinadla xəbər verir ki, bu barədə Pakistanın Xidmətlərarası İctimai Əlaqələr İdarəsinin (DG ISPR) baş direktoru general-leytenant Əhməd Şərif Çaudri brifinqində məlumat verib.

Hərbi sözçünün sözlərinə görə, zərbələr zamanı qadın və bir gənc qız da daxil olmaqla azı səkkiz Pakistan vətəndaşı şəhid olub, daha 35 nəfər yaralanıb.

"Ən çox zərər çəkən ərazilər arasında Azad Cammu və Kəşmirdə (AJK) Müzəffərabad, Əhmədpur Şərqi, Muridke, Şakarqarh, Sialkot (Kotli Lohara) və Kotli var", - Çaudri əlavə edib.

Seçilən
0
publika.az

1Mənbələr